Bəylik Ət Kəndli Fermer Təsərüffatı MMC 29.09.2016-cı ildə fəaliyyətə başlamışdır. MMC-nin fəaliyyəti kolbasa ,konserv və delikates məhsullarının istehsalı və satışı ilə fəaliyyətdərdir. Bizim vizyonumuz, fermalardan süfrənizə qida təhlükəsizliyi şərtlərini qoruyub əməl edərək daim inkişaf etmək, sağlam, kefiyyətli və etibar edilməyə layiq ət məhsulları təqdim etməkdir. Bənzərsiz ləzzətlərlə süfrələrinizin baş tacı olmaqdır. Müasir istehsal sahəsi yaratmaq üçün, lazımı texnoloji investisiya edərək müştərilərimizə ən yaxşısını təqdim etmək bizim ən birinci şirkət siyasətimizdir.
Biz öz misiyalarımıza sadiq qalaraq istehlakçılarımıza dadından doymayacağınız ləzzətli məhsullar təqdim edəcəyimizə, insan sağlamlığını və dəyərlərini hər şeydən üstün tutacağımıza söz veririk. Məqsədimiz, öz sahəmizdə yeniliklər edən, həm müştərilərimiz, həm də işçilərimiz üçün bu sektorun lider şirkətlərindən olmaqdır. İstehsal etdiyimiz hər məhsulun arxasındayıq.